6 dekabr 2025. Şənbə

Keçmiş “Formula 1” pilotu Braziliyada həbs olunub


  • Offside
  • 15:13 02.09.2025
  • Oxunma sayı: 94
Keçmiş “Formula 1” pilotu Braziliyada həbs olunub

Braziliyalı keçmiş “Formula 1” pilotu Tarsu Markes həbs edilib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Hadisə avqustun 31-də baş verib. Məlumata görə, Markesin idarə etdiyi “Lamborghini” markalı avtomobil polis tərəfindən saxlanılıb. Avtomobilin dövlət qeydiyyat nişanlarının olmaması əməkdaşların diqqətini çəkib. Yoxlama zamanı nəqliyyat vasitəsinin 240 min dollar məbləğində borcunun olduğu üzə çıxıb.

49 yaşlı Tarsu Markes “Formula 1” karyerası ərzində 1996, 1997 və 2001-ci illərdə “Minardi” komandasında çıxış edib. O, ümumilikdə 24 Qran-pridə iştirak etsə də, karyerası ərzində xal toplaya bilməyib.







Offside