6 dekabr 2025. Şənbə

Karlos Alkaras yarımfinala yüksəldi


  • Offside
  • 23:39 02.09.2025
  • Oxunma sayı: 185
Karlos Alkaras yarımfinala yüksəldi

Dünyanın ikinci raketəsi, İspaniya tennisçisi Karlos Alkaras US Open-2025 çempionatının 1/4 final mərhələsində Çexiya tennisçisi Yirji Legeçka ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, Alkaras rəqibi üzərində 6:4, 6:2, 6:4 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.

Matç 1 saat 58 dəqiqə davam edib. 

Yarımfinalda Alkaras Novak Cokoviç (Serbiya) və Teylor Frits (ABŞ) arasında keçiriləcək qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.







Offside