22 mart 2026. Bazar günü

Erkin İbrahimov "Kəpəz"in İdarə Heyətindən çıxarılıb


  • Offside
  • 11:07 04.09.2025
  • Oxunma sayı: 186
Erkin İbrahimov "Kəpəz"in İdarə Heyətindən çıxarılıb

Erkin İbrahimov "Kəpəz" Futbol Klubunun İdarə Heyətinin üzvülüyündən çıxarılıb. 

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Bölgə klubunun iclasında bir sıra qərarlar qəbul olunub.

E.İbrahimov şəxsi vəziyyəti ilə əlaqədar klubun işlərinə tam köklənə bilmədiyini bildirib və İdarə Heyətinin üzvlüyündən ayrılmaq istədiyini təkrar olaraq açıqlayıb.

İdarə Heyətinin sədri müraciəti qəbul edib və nəticədə Erkin İbrahimov qurumun üzvlüyündən çıxarılıb.

"Sarı-göylər" digər struktur dəyişiklikləri barədə isə yaxın günlərdə məlumat verəcək.







Offside