1 fevral 2026. Bazar günü

Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb


  • Offside
  • 17:09 04.09.2025
  • Oxunma sayı: 125
Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Zaur Qəhrəmanov Liverpulda dünya çempionatına qələbə ilə başlayıb.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Aza bildirilib ki, 65 kiloqram çəkidə mübarizə aparan milli üzvü 1/32 finalda Denis Brillə (Almaniya) qarşılaşıb.

Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (27:30, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb.

O, 1/16 finalda ilk mərhələdən azad olan Falkao Dos Reyslə (Braziliya) döyüşəcək.

Qeyd edək ki, görüş sentyabrın 7-də olacaq.







Offside