- Offside
- 23:24 05.12.2025
Azərbaycan millisinin sabah Bakıda startı veriləcək airbadminton üzrə Avropa çempionatındakı rəqibləri müəyyənləşib.
Bu barədə 90deqiqe.Az-a Azərbaycan Badminton Federasiyasından məlumat verilib.
Millimiz Niderland və Xorvatiya yığmaları ilə birgə B qrupunda yer alıb.
Komanda ilk oyununu sentyabrın 5-də Xorvatiya yığmasına qarşı keçirəcək. Oyun saat 16:00-da başlayacaq.
A qrupunda Fransa, Bolqarıstan və Gürcüstan, C qrupunda isə Almaniya, Türkiyə və Yunanıstan seçmə kollektivləri yer alıb.
Qarşılaşmalar Avropa Oyunları Parkında keçirilir.
Airbadminton üzrə Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.