6 dekabr 2025. Şənbə

Azərbaycanın 3 cüdoçusu Avropa çempionatında fəxri kürsüyə qalxıb


  • Offside
  • 19:46 04.09.2025
  • Oxunma sayı: 98
Azərbaycanın 3 cüdoçusu Avropa çempionatında fəxri kürsüyə qalxıb

Slovakiyada keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatında Azərbaycan yığması uğurla çıxış edib.

Bu barədə 90deqiqe.Az-a Cüdo Federasiyasından məlumat verilib.

Bratislavadakı mötəbər yarışın ilk günündə millimizin üç üzvü medal qazanıb. Nihad Məmişov (60 kq) və Məhəmməd Musayev (66 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıblar. Komandanın digər üzvü Nizami İmranov (66 kq) isə bürünc medalla kifayətlənib.

Beləliklə, Azərbaycan yığması ilk gündə 2 qızıl və 1 bürünc medalla aktivini zənginləşdirib. Bu nəticə sayəsində ümumi komanda hesabında ikinci, kişilər arasında isə birinci yeri tutmağı bacarıb.







Offside