22 mart 2026. Bazar günü

Azərbaycan millisi Airbadminton üzrə Avropa çempionatının yarımfinalında!


  • Offside
  • 21:58 05.09.2025
  • Oxunma sayı: 126
Azərbaycan millisi Airbadminton üzrə Avropa çempionatının yarımfinalında!

“B” qrupunda mübarizə aparan millimizin Avropa çempionatında uğurlu çıxışını davam etdirir.

90deqiqe.Az-ın məlumatına görə, ilk oyunda Xorvatiya komandası ilə qarşılaşan millimiz 4 kateqoriya üzrə keçirilən qarşılaşmada rəqibini 60:33 hesabı ilə məğlub edib.

Daha sonra Niderland yığmasına qarşı keçirilən gərgin oyunda badmintonçularımız 60:50 hesablı qələbə qazanaraq pley-offa yüksəlib. 1/4 finalda Yunanıstan komandası ilə üz-üzə gələn millimiz hesabda geri düşməsinə baxmayaraq 60:59 nəticəsi ilə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Azərbaycan komandası Bolqarıstan yığması ilə qarşılaşacaq. Oyun sabah saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Airbadminton üzrə Avropa çempionatı sentyabrın 7-də yekunlaşacaq və bütün qarşılaşmalar Avropa Oyunları Parkında keçirilir.







Offside