6 dekabr 2025. Şənbə

Mark Markes Kataloniya Qran-prisinin qalibi oldu


  • Offside
  • 20:19 06.09.2025
  • Oxunma sayı: 99
Mark Markes Kataloniya Qran-prisinin qalibi oldu

Bu gün İspaniyanın Barselona şəhərində 2025-ci il mövsümünün 15-ci mərhələsi – Kataloniya Qran-prisinin sprint yarışı keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, yarışda qələbəni altıqat dünya çempionu, “Ducati” sürücüsü Mark Markes qazanıb. İkinci yeri fransalı Fabio Quartararo (“Yamaha”), üçüncülüyü isə italiyalı Fabio Di Cannan Tonio (“Ducati”) tutub.

Qeyd edək ki, Mark Markesin qardaşı, 29 yaşlı ispan pilotu Aleks Markes uzun müddət liderliyini qorusa da, finişə dörd dövrə qalmış yıxılaraq mübarizəni dayandırıb.

MotoGP. Kataloniya Qran-prisi. Sprint yarışı:

  1. Mark Markes (“Ducati”) — 19:58.946

  2. Fabio Quartararo (“Yamaha”) +1.299

  3. Fabio Di CannanTonio (“Ducati”) +3.653

  4. Pedro Akosta (“KTM”) +5.868

  5. Enea Bastianini (“KTM”) +5.913

  6. Brad Binder (“KTM”) +5.943

  7. Johan Zarco (“Honda”) +7.017

  8. Luka Marini (“Honda”) +7.346

  9. Ai Ogura (“Aprilia”) +8.488

  10. Migel Oliveyra (“Yamaha”) +8.578







Offside