4 iyul 2026. Şənbə

Azərbaycan idmançısı Avropa çempionatında bürünc medal qazanıb


  • Offside
  • 11:46 08.09.2025
  • Oxunma sayı: 156
Azərbaycan idmançısı Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan idmançısı Beyrək Bağırov (85 kq) Avstriyanın Veyz şəhərində təşkil olunan böyüklər arasında "Savate Assault" üzrə Avropa çempionatında bürünc medal qazanıb.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Savat Federasiyasından məlumat verilib.

B.Bağırov qrup mərhələsində Ukrayna və Sloveniya təmsilçilərinə qalib gələrək yarımfinala yüksəlib. Bu raundda fransalı rəqibinə məğlub olan idmançı qitə birinciliyini bürünc medalla başa vurub.







Offside