6 dekabr 2025. Şənbə

Özbəkistan İranı məğlub edərək turnirin qalibi oldu


  • Offside
  • 23:45 08.09.2025
  • Oxunma sayı: 136
Özbəkistan İranı məğlub edərək turnirin qalibi oldu

Özbəkistan milli komandası Orta Asiya Futbol Federasiyası (CAFA) Millətlər Kubokunun finalında İranı 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

90deqiqe.Az-ın məlumatına görə, bu il ikinci dəfə təşkil edilən yarışın finalında Özbəkistan və İran üz-üzə gəlib.

Taşkentdəki Olimpiya Stadionunda keçirilən matçın normal vaxtı golsüz bərabərliklə yekunlaşıb.

Uzatma vaxtının 120-ci dəqiqəsində Xodjiakbar Alidjanovun vurduğu qolla Özbəkistan 1:0 hesabı ilə qalib gəlib və kuboku qazanıb.

Özbəkistan bu qələbə ilə İran üzərində 13 ildən sonra qələbə qazanıb. Qeyd edək ki, komanda bundan əvvəl Asiya Dünya Çempionatı seçmə mərhələlərində uğur qazanaraq tarixində ilk dəfə 2026-cı il ABŞ, Meksika və Kanadada keçiriləcək Dünya Kubokunda iştirak hüququ qazanmışdı.







Offside