6 dekabr 2025. Şənbə

Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatına yollanıblar


  • Offside
  • 15:07 09.09.2025
  • Oxunma sayı: 126
Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatına yollanıblar

Çimərlik voleybolu üzrə 18 yaşadək qızlardan və oğlanlardan ibarət Azərbaycan milliləri Avropa çempionatında iştirak etmək üçün İtaliyaya yollanıblar. 

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 

Yığmalar bu gün yarışın keçiriləcəyi Corigliano Rossano şəhərinə yola düşüblər. 

Sentyabrın 11-14-ü aralığında baş tutacaq çempionatda ölkəmiz bir qız (Xədicə Hadızadə/Cəmilə Bəşirova) və bir oğlan (İbrahim Məmmədov/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.







Offside