7 oktyabr 2026. Çərşənbə

Azərbaycan Voleybol Federasiyasının həkimi beynəlxalq yarışa təyinat alıb


  • Offside
  • 13:55 10.09.2025
  • Oxunma sayı: 135
Azərbaycan Voleybol Federasiyasının həkimi beynəlxalq yarışa təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi, Beynəlxalq Voleybol Federasiyasının (FIVB) və Avropa Voleybol Konfederasiyasının (CEV) tibb komissiyalarının üzvü Vüsalə Kazımova beynəlxalq yarışa təyinat alıb.

AVF-dən 90deqiqe.Az-a verilən məlumata görə, o, çimərlik voleybolu üzrə 18 yaşadək qız və oğlanların Avropa çempionatında iştirak edəcək.

V.Kazımova sentyabrın 10-14-ü aralığında İtaliyanın Korilyano Rossano şəhərində baş tutacaq yarışda CEV-in nümayəndəsi kimi tibb işinin təşkilinə nəzarət edəcək.







Offside