22 mart 2026. Bazar günü

Azərbaycan boksçusu dünya çempionatında yarımfinala vəsiqə qazanıb


  • Offside
  • 19:15 10.09.2025
  • Oxunma sayı: 184
Azərbaycan boksçusu dünya çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan boksçusu Alfonso Dominqes Liverpulda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, 90 kq-da mübarizə aparan millinin lideri 1/4 finalda Emrah Yaşarla (Türkiyə) üz-üzə gəlib.

Döyüş dünya çempionumuzun qələbəsi ilə başa çatıb. Dominqes rəqibini 3:2 (28:29, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Boksçumuz bu qələbə sayəsində özü üçün azı bürünc medalı da təmin edib.

Alfonso yarımfinalda braziliyalı Santos Ribeyro Filyo ilə qarşılaşacaq. Görüş sentyabrın 12-də olacaq.

Qeyd edək ki, axşam sessiyasında Səidcəmşid Cəfərov (75 kq) da 1/4 final döyüşünə çıxacaq.







Offside

“Bakı Kuboku” başa çatdı
  • Offside
  • 16:42 21.03.2026
“Bakı Kuboku” başa çatdı