22 mart 2026. Bazar günü

Azərbaycanın daha bir boksçusu dünya çempionatında yarımfinala vəsiqə qazanıb


  • Offside
  • 09:27 11.09.2025
  • Oxunma sayı: 105
Azərbaycanın daha bir boksçusu dünya çempionatında yarımfinala vəsiqə qazanıb

İngiltərənin Liverpul şəhərində keçirilən boks üzrə dünya çempionatında yarımfinalçıların adlarına aydınlıq gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan millisinin heyətində Alfonso Dominqesin ardınca Səidcəmşid Cəfərov (75 kq) da 1/4 final mərhələsini qələbə ilə başa vurub.

O, Pavlo İlliuşa (Ukrayna) ilə qarşılaşıb. Cəfərov 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesablı qələbə qazanıb. Bu qalibiyyət sayəsində Səidcəmşid özü üçün azı bürünc medalı da təmin edib.

Boksçu yarımfinalda özbəkistanlı Fazliddin Erkinboyevlə döyüşəcək. Görüş sentyabrın 12-də keçiriləcək. Həmin gün Alfonso Dominqesin rəqibi isə braziliyalı Santos Ribeyro Filyo olacaq.

Qeyd edək ki, mundiala sentyabrın 14-də yekun vurulacaq.







Offside

“Bakı Kuboku” başa çatdı
  • Offside
  • 16:42 21.03.2026
“Bakı Kuboku” başa çatdı