- Offside
- 00:17 30.06.2026
Qadınlardan ibarət Azərbaycan millisinin üzvləri III MDB Oyunlarına hazırlaşan 15 yaşadək qızlardan ibarət yığma ilə görüş keçiriblər.
Bu barədə 90deqiqe.Az-a Azərbaycan Voleybol Federasiyasından (AVF) məlumat verilib.
AVF-nin idman zalında baş tutan görüşdə təcrübəli voleybolçular gənc idmançılarla səmimi söhbət edərək öz təcrübələrini bölüşüblər və onlara qarşıdakı yarışlarda uğurlar arzulayıblar.