14 dekabr 2025. Bazar günü

Avropa Basketbol Çempionatı: İlk finalçı məlum oldu


  • Offside
  • 21:37 12.09.2025
  • Oxunma sayı: 356
Avropa Basketbol Çempionatı: İlk finalçı məlum oldu

Kişi basketbolçular arasında Avropa çempionatında ilk finalçı müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, yarımfinalın birinci matçında Almaniya və Finlandiya yığmaları qarşılaşıb. Rəqibini 98:86 hesabı ilə məğlub edən Almaniya seçməsi final mərhələsinə yüksəlib.

Günün ikinci yarımfinal matçında Türkiyə yığması Yunanıstanla üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Qeyd edək ki, bu komandalar indiyədək rəsmi oyunlarda 14 dəfə qarşılaşıblar. Bunlardan 3-ü Türkiyə, 11-i isə Yunanıstanın xeyrinə nəticələnib.

Türkiyə yığmasının heyətində Cedi Osman zədəlidir. Onun matçdakı iştirak statusu isə oyun saatına qədər məlum olacaq.







Offside