30 iyun 2026. Çərşənbə axşamı

Azərbaycan millisi Şanxayda ilk qələbəsini qazandı


  • Offside
  • 14:00 13.09.2025
  • Oxunma sayı: 360
Azərbaycan millisi Şanxayda ilk qələbəsini qazandı

Azərbaycanın 3x3 qadın basketbol millisi Çinin Şanxay şəhərində keçirilən Dünya Seriyasının final mərhələsində ilk qələbəsini əldə edib.

90deqiqe.Az-ın məlumatına görə, B qrupunda ikinci oyununu keçirən yığma Niderlandın U-25 komandası üzərində 21:19 hesabı ilə qələbə qazanıb. Qrupdakı ilk görüşdə millimiz Kanadaya 13:21 hesabı ilə uduzmuşdu.

Azərbaycan millisinin növbəti matçı Bakı vaxtı ilə saat 16:45-də “CS Rapid” komandası ilə olacaq.







Offside