- Offside
- 23:30 04.12.2025
İtaliyada keçirilən Formula 3 yarışının birinci mərhələsində ciddi qəza baş verib.
Corner.az xəbər verir ki, sonuncu dövrələrdən birində “Campos”un pilotu Aleks Peroni trassdan kənara çıxıb. Qəza o qədər ciddi olub ki, bolid bir neçə metr havaya uçuraq kənara düşüb.
Xoşbəxtlikdən Peroni ciddi xəsarət almayıb və özü bolidi tərk edə bilib. Bundan sonra isə o, tibbi müayinəyə göndərilib.(qol)