5 dekabr 2025. Cümə

Boban Zaqreb "Dinamo"sunun prezidenti olacaq


  • Offside
  • 23:27 17.09.2025
  • Oxunma sayı: 241
Boban Zaqreb "Dinamo"sunun prezidenti olacaq

"Milan"ın keçmiş yarımmüdafiəçisi və Xorvatiya millisinin ulduzu, 1998-ci il Dünya Çempionatında bürünc medallar qazanmış ilk nəsil istedadlı xorvat futbolçularından biri olan Zvonimir Boban rədd edilməz bir təklif alıb.

90deqiqe.Az xəbər verir ki, onun gənclik illərinin klubu olan Zaqreb "Dinamo"su Bobanı prezident vəzifəsinə dəvət edib.

"Zvone" ləqəbli Bobanın bu vəzifəyə gətirilməsi, onun parlaq karyerası və klubun ehtiraslı azarkeşləri arasında böyük populyarlığı nəzərə alınsa, gözlənilən bir addım idi. Boban xəbərə belə reaksiya verib: "Hər kəsə təşəkkür edirəm. 'Dinamo' hər zaman hər şeydən üstündür."

Zaqreb "Dinamo"su da bu təyinatı rəsmi olaraq təsdiqləyib. Bobanın prezident kimi klubun idarəçiliyində yeni bir dövr açacağı gözlənilir.







Offside