- Offside
- 23:30 04.12.2025
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Fiqueira şəhərində təşkil olunan Avropa Super final (European Beach Soccer League) mərhələsində bu gün növbəti matçını keçirib.
Corner.az-ın məlumatına görə, millimiz Çexiya yığması ilə üz-üzə gəlib. 6:1 hesabı ilə qalib gələn millimizin qollarını Ramil Əliyev (2), Sabir Allahquliyev (2), Amid Nəzərov və Əbdül Əliyev qeyd edib.
Komandamız A divizionunda qalmaq uğrunda keçiriləcək oyunda sabah Qazaxıstan yığması ilə görüşəcək. Oyun Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.