1 fevral 2026. Bazar günü

Veteran idmançılar arasında cüdo yarışı keçirilib


  • Offside
  • 12:11 18.09.2025
  • Oxunma sayı: 216
Veteran idmançılar arasında cüdo yarışı keçirilib

Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində veteran cüdoçular arasında yarış keçirilib.

Gənclər və İdman Nazirliyindən 90deqiqe.Az-a verilən məlumata görə, yarışın açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra gənclər və idman naziri Fərid Qayıbov veteran cüdoçulara uğurlar arzulayıb.

Ardınca Azərbaycan idmanının inkişafında mühüm xidmətləri olan bir qrup veteran idmançı təltif olunub. Proqram milli rəqslərin ifası ilə davam edib.

Rəsmi hissədən sonra cüdo yarışının finallarına start verilib. Sonda qaliblər mükafatlandırılıblar.







Offside