22 mart 2026. Bazar günü

Azərbaycan klubları Çempionlar Liqasında 1/4 finala yüksəldi


  • Offside
  • 17:00 19.09.2025
  • Oxunma sayı: 222
Azərbaycan klubları Çempionlar Liqasında 1/4 finala yüksəldi

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Minifutbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində Azərbaycan komandaları uğurlu nəticə göstəriblər.

90deqiqe.Az-ın məlumatına görə, “Zirə” Monteneqronun “MFK Hram” klubunu 2:0 hesabı ilə məğlub edib. “Birbaşa Bakı” isə Yunanıstan təmsilçisi “Flaminqos” üzərində 3:1 hesablı qələbə qazanıb. Hər iki komanda turnirin 1/4 finalına yüksəlib.

Digər təmsilçimiz “Aznur” isə Çexiyanın “Brno” klubu ilə oyunda 2:2 hesabı ilə heç-heçə etsə də, penalti seriyasında 2:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.







Offside

“Bakı Kuboku” başa çatdı
  • Offside
  • 16:42 21.03.2026
“Bakı Kuboku” başa çatdı