5 dekabr 2025. Cümə

“Mourinyo ‘Benfika’ya həm çempionatda, həm də Avropada kömək edəcək”


  • Offside
  • 20:40 21.09.2025
  • Oxunma sayı: 165
“Mourinyo ‘Benfika’ya həm çempionatda, həm də Avropada kömək edəcək”

“Portu”nun sabiq yarımmüdafiəçisi Manişe portuqaliyalı mütəxəssis Joze Mourinyonun “Benfika”ya baş məşqçi təyin olunmasına münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, o, Mourinyonun zəngin təcrübəsinin lissabonlular üçün böyük üstünlük olacağını vurğulayıb:

“Düşünürəm ki, Joze Mourinyo ‘Benfika’ya həm çempionatda, həm də avrokuboklarda kömək edəcək. O, çalışdığı bütün klublarda — ikisi istisna olmaqla — həm milli, həm də beynəlxalq titullar qazanıb. ‘Benfika’da da uğur qazanmaq şansı kifayət qədər yüksəkdir”,

Sabiq futbolçu həmçinin Portuqaliya çempionatındakı güclü rəqabətə diqqət çəkib: “Hazırda mübarizə ‘Benfika’, ‘Portu’ və ‘Sportinq’ arasında gedir. Məncə, ən yaxşı şanslar ‘Portu’nun tərəfindədir. Buna görə ‘Benfika’ ciddi rəqabətlə üz-üzə qalacaq”.







Offside