1 fevral 2026. Bazar günü

“Futbol investisiya qoyuluşu üçün əlverişli sahədir”


  • Offside
  • 10:33 23.09.2025
  • Oxunma sayı: 195
“Futbol investisiya qoyuluşu üçün əlverişli sahədir”

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov sentyabrın 23-də Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) çıxış edib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis vurğulayıb ki, Azərbaycanın əldə etdiyi uğurlar sabitliklə sıx bağlıdır:

“Əgər ölkəmizdə sabitlik olmasaydı, nə ‘Qarabağ’, nə də Qurban Qurbanov olardı. Bu gün UEFA Çempionlar Liqasında Azərbaycanın uğurundan danışılırsa, deməli, məsuliyyətimiz daha da artır. Mən hər zaman azərbaycanlı olaraq ölkəmizi tanıtmağı öz borcum hesab etmişəm. Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhidlər verdik. Bizim nailiyyətlərimiz isə onların fədakarlığı ilə müqayisədə kiçik uğurdur. Həmişə futbolçularıma bunu xatırladıram”.

Qurbanov əlavə edib ki, Azərbaycanın dünyada tanınması üçün futbolda sabitliyin qorunması vacibdir:

“Gələcəkdə daha böyük uğurlara imza atmaq üçün çalışırıq. Futbol investisiya qoyulması üçün əlverişli sahədir”.







Offside