- Offside
- 22:12 05.12.2025
“Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının Müstəqillik Günü ilə bağlı təbrik ünvanlayıb.
90deqiqe.Az xəbər verir ki, 40 yaşlı ulduz futbolçu sosial şəbəkə hesabında paylaşım edərək yazıb:
“Səudiyyə Ərəbistanının bütün sakinlərini Müstəqillik Günü münasibətilə təbrik edirəm! Arzu edirəm ki, bu gün qürur, birlik və yaxınlarınızla birlikdə bayram ab-havası ilə yadda qalsın”.
Qeyd edək ki, portuqaliyalı forvard 2023-cü ilin yanvarından “Əl-Nəsr”in heyətində çıxış edir. Bu müddətdə o, bütün turnirlərdə 110 oyunda meydana çıxaraq 97 qol vurub və 20 məhsuldar ötürmə edib.
Ronaldo indiyədək Səudiyyə Ərəbistanında “Əl-Nəsr”lə bir titul qazanıb — 2023-cü ilin avqustunda əldə edilən Ərəb Çempionlar Kuboku.