7 dekabr 2025. Bazar günü

“Şahdağ” Turizm Mərkəzinin daha bir yamacında beynəlxalq yarışların keçirilməsinə icazə verilib


  • Offside
  • 13:00 25.09.2025
  • Oxunma sayı: 266
“Şahdağ” Turizm Mərkəzinin daha bir yamacında beynəlxalq yarışların keçirilməsinə icazə verilib

Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzinin daha bir yamacı (Kilim) Beynəlxalq Xizək Federasiyası (FİS) tərəfindən yarışların keçirilməsi üçün homologasiya (yoxlanışdan keçmə) prosesindən uğurla keçərək sertifikat əldə edib.

Bu barədə  90deqiqe.Az-a Qış İdman Növləri Federasiyasından məlumat verilib.

Bildirilib ki, “Kilim” yamacının ümumi uzunluğu 1897 metr təşkil edir. Sertifikat qeyd olunan yamacda slalom, nəhəng slalom, super nəhəng slalom və paralel disiplinlər üzrə yarışların keçirilməsinə icazə verilir.







Offside

Rusiyalı tennisçi finalda
  • Offside
  • 21:58 06.12.2025
Rusiyalı tennisçi finalda