22 mart 2026. Bazar günü

Azərbaycan boksçuları Avropa çempionatında mübarizə aparacaqlar


  • Offside
  • 17:45 25.09.2025
  • Oxunma sayı: 225
Azərbaycan boksçuları Avropa çempionatında mübarizə aparacaqlar

Çexiyanın Ostrava şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək.

90deqiqe.Az-ın məlumatına görə, sentyabrın 30-da başlayacaq və 10 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Oğlanlardan ibarət yığmanın baş məşqçisi Elbrus Rzayev, məşqçilər Yadigar Məmmədovla Elvin Məmişzadə U-19-ların mübarizəsində Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq), Rza Rzayev (70 kq), Abbasqulu Şadlinski (75 kq) və Məhəmməd Cəfərova (+90 kq) şans verəcəklər.

Qızlardan ibarət millinin məşqçisi Anar Baxışovun rəhbərliyi altında isə rinqə Banuçiçək Nəsirli (48 kq) və İlkanə Əhmədova (+80 kq) çıxacaqlar.

Avropa çempionatında referilər sırasında beynəlxalq dərəcəli hakim Rövşən Qədirov da yer alacaq.

Komanda yarışa Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərliyi altında yollanacaq.

Qeyd edək ki, Avropa çempionatının püşkü sentyabrın 29-da atılacaq.







Offside

“Bakı Kuboku” başa çatdı
  • Offside
  • 16:42 21.03.2026
“Bakı Kuboku” başa çatdı