- Offside
- 22:12 05.12.2025
Bu gün Milli Gimnastika Arenasında yeniyetmə və gənclər arasında VIII Respublika Robot Olimpiadasının açılış mərasimi baş tutub.
90deqiqe.Az-ın məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İndira Hacıyeva bildirib: “Bu günün xüsusi məna daşıması həm tarixi hadisələrlə bağlıdır, həm də gənclərin üzərinə düşən məsuliyyətin daha dərindən dərk olunmasına xidmət edir.”
Nazir müavini qeyd edib ki, Vətən müharibəsi şəhidlərinin xatirəsi daim anılır və gənc nəslin qarşısında iki mühüm vəzifə dayanır: bilikli, savadlı, bacarıqlı gənclərin yetişdirilməsi və yüksək vətənpərvərlik ruhunda formalaşmaları.
Onun sözlərinə görə, Vətənə xidmət yalnız silahla müdafiə ilə məhdudlaşmır: “Vətənə xidmət həm də sağlam həyat tərzi, qadın və gənclərin sağlamlığının qorunması, ölkənin tərəqqisinə xidmət etməklə ifadə olunur.”
İndira Hacıyeva çıxışında müasir dövrdə gənclərin yüksək texnologiyalar, elmi biliklər və təhlükəsizlik sahəsində kompetensiyalar əldə etməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Bu istiqamətdə 2017-ci ildən etibarən ölkənin bütün bölgələrində həyata keçirilən layihələr nəticəsində robot texnikası sahəsində uğurlar qazanılıb və minlərlə gənc bu prosesə cəlb olunub.”
Nazir müavini, həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüslərin önəmini qeyd edərək, bu işdə dəstək göstərən tərəfdaş qurumlara təşəkkürünü ifadə edib.