- Offside
- 22:12 05.12.2025
“Əl-Nəsr”in kapitanı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının IV turunda “Əl-İttihad”la oyunda karyerasındakı 946-cı qolunu vurub.
90deqiqe.Az xəbər verir ki, 40 yaşlı hücumçu 35-ci dəqiqədə topu rəqib qapısından keçirib.
Portuqaliyalı ulduz karyerası ərzində klublar səviyyəsində 805, Portuqaliya milli komandasında isə 141 qol vurub.
Bu görüşdə “Əl-Nəsr”in ikinci qolunu da Ronaldo vurub. Oyunun əvvəlində hesabı açan isə Sadio Mane olub.
Qeyd edək ki, Ronaldo “Əl-Nəsr”lə müqaviləsini 2027-ci ilin yayına qədər bağlayıb. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.