5 dekabr 2025. Cümə

"Qızıl top" tarixinin ən böyük 10 ədalətsizliyi


  • Offside
  • 14:36 27.09.2025
  • Oxunma sayı: 141
"Qızıl top" tarixinin ən böyük 10 ədalətsizliyi

Məşhur Britaniya nəşri "FourFourTwo" "Qızıl top" tarixində ən çox müzakirə olunan qərarların reytinqini tərtib edib.

90deqiqe.Az-ın məlumatına görə, siyahıya futbol ictimaiyyəti tərəfindən "oğurluq" kimi qiymətləndirilən 10 hal daxil edilib.

FourFourTwo versiyasına görə "Qızıl top" tarixinin ən mübahisəli 10 qərarı:

  • Robert Levandovski — 2021-ci ildə Lionel Messidən, yaxud 2020-ci ildə pandemiya səbəbindən təqdim olunmayan mükafatdan məhrum olub.
  • Tyerri Anri — 2003-cü ildə Pavel Nedved, 2004-cü ildə isə Andrey Şevçenkonun əvəzinə mükafat almalı idi.
  • Uesli Sneyder — 2010-cu ildə Lionel Messidən üstün tutulmalı idi.
  • Erlinq Holand — 2023-cü ildə Lionel Messinin yerinə layiq görülməli idi.
  • Frank Riberi — 2013-cü ildə Kriştianu Ronaldoya uduzmamalı idi.
  • Vircil van Deyk — 2019-cu ildə Lionel Messinin əvəzinə qalib olmalı idi.
  • Kriştianu Ronaldu, Məhəmməd Salah və ya Antuan Qrizmann — 2018-ci ildə Luka Modriçin yerinə "Qızıl top" qazana bilərdi.
  • Oliver Kan və ya Raul Qonsales — 2001-ci ildə Maykl Ouendən daha layiqli namizədlər kimi göstərilib.
  • Ferents Puşkaş — 1960-cı ildə Luis Suaresin yerinə qalib olmalı idi.
  • Canluici Buffon — 2006-cı ildə Fabio Kannavarodan üstün tutulmalı idi.

Xatırladaq ki, bir neçə gün əvvəl "Qızıl top" mükafatının yeni sahibi PSJ-nin vingeri Usman Dembele olub.







Offside