- Offside
- 22:12 05.12.2025
İspaniya millisinin və "Barselona"nın hücumçusu Lamin Yamal 21 yaşadək ən yaxşı gənc futbolçu adına ("Raimon Kopa" mükafatı) səsvermədə 124 xal toplayaraq qalib olub.
90deqiqe.Az xəbər verir ki, Fransanın millisinin və PSJ-nin vingeri Dezire Due isə ikinci sırada 72 xalla qərarlaşıb. Bu barədə "Qızıl Top"un rəsmi sosial media səhifələri məlumat yayıb.
"Raimon Kopa" mükafatının 2025-ci il səsverməsində ən yaxşı 10 futbolçu:
Lamin Yamal (Barselona) — 124 xal
Dezire Due (PSJ) — 72 xal
Joau Neveş (PSJ) — 23 xal
Estevao (Çelsi) — 23 xal
Kenan Yıldız (Yuventus) — 6 xal
Din Hüyusen (Real Madrid) — 5 xal
Pau Kubarsi (Barselona) — 3 xal
Rodriqu Mora (Portu) — 1 xal
Ayub Buaddi (Lill) — 0 xal
Maylz Lyuis-Skelli (Arsenal) — 0 xal
2024/2025 mövsümündə Yamal bütün turnirlərdə 55 oyun keçirib, 18 qol vurub və 25 assist edib. "Barselona" ilə İspaniya çempionu olub, həmçinin İspaniya Kuboku və Superkubokunu qazanıb.