19 may 2026. Çərşənbə axşamı

Azərbaycanın çövkən üzrə millisi III MDB Oyunlarına qələbə ilə başlayıb


  • Offside
  • 12:52 28.09.2025
  • Oxunma sayı: 207
Azərbaycanın çövkən üzrə millisi III MDB Oyunlarına qələbə ilə başlayıb

Şəkidə keçirilən III MDB Oyunlarında çövkən yarışlarına start verilib.

90deqiqe.Az-ın məlumatına görə, Şəki şəhər stadionunda baş tutan açılış oyununda Azərbaycan və Qırğızıstan yığmaları qarşılaşıb.

Oyundan öncə hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Gərgin mübarizə şəraitində keçən görüş Azərbaycan komandasının 4:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Bu gün turnirin digər oyunu Özbəkistan və Qazaxıstan komandaları arasında keçiriləcək.

Xatırladaq ki, 6 ölkənin iştirakı ilə təşkil olunan çövkən yarışı oktyabrın 7-də başa çatacaq.







Offside