22 mart 2026. Bazar günü

MDB Oyunlar: Azərbaycanın stolüstü tennis millisi növbəti medalı qazanıb


  • Offside
  • 12:27 28.09.2025
  • Oxunma sayı: 225
MDB Oyunlar: Azərbaycanın stolüstü tennis millisi növbəti medalı qazanıb

Azərbaycan stolüstü tennisçiləri III MDB Oyunlarında medal sevincini yaşayıblar.

90deqiqe.Az-ın məlumatına görə, qadınların qoşa yarışlarında çıxış edən Yağmur Məmmədli və Aylin Əsgərova yarımfinalda Belarus təmsilçiləri Yana Zadsko-Sofiya Beliasava duetinə 1:3 hesabı ilə uduzaraq bürünc medala sahib olublar.

Oğlanların qoşa yarışlarında isə uğurlu nəticə qeydə alınıb. Adil Əhmədzadə və Onur Quluzadə belaruslu İvan Zaytsau-Aleksey Rabuşka cütünü 3:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıblar. Azərbaycanlı idmançılar həlledici oyunda bu gün saat 18:00-da rusiyalı Yevgeni Vasikov və Yevgeni Dosov tandeminə qarşı mübarizə aparacaqlar.

Xatırladaq ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.







Offside

“Bakı Kuboku” başa çatdı
  • Offside
  • 16:42 21.03.2026
“Bakı Kuboku” başa çatdı