7 dekabr 2025. Bazar günü

“Əl-İttihad”da Loran Blan qərarı


  • Offside
  • 16:12 28.09.2025
  • Oxunma sayı: 124
“Əl-İttihad”da Loran Blan qərarı

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu baş məşqçisi mütəxəssis Loran Blanın və onun məşqçi heyətinin müqaviləsini ləğb edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, klub bu qərarı Səudiyyə çempionatının 4-cü turunda evdə “Əl-Nəsr”ə 0:2 hesabı ilə uduzduqdan sonra verib.

Rəsmi açıqlamada qeyd olunub ki, klub 59 yaşlı çalışdırıcı və heyəti ilə əməkdaşlığa son verərək onlara göstərdikləri işə görə təşəkkürünü bildirib. Müvəqqəti baş məşqçi vəzifəsini komandanın kapitanı Həssan Xəlifə icra edəcək. Onun köməkçisi isə U21 komandası baş məşqçisi İvan Karrasco olacaq. Klub rəhbərliyi yeni texniki heyət təyin olunana qədər bu qərarın qüvvədə qalacağını açıqlayıb.

Xatırladaq ki, fransalı çalışdırıcı 2024-cü ilin iyulunda “Əl-İttihad”ın baş məşqçisi təyin olunmuş və ilk mövsümdə həm Səudiyyə çempionluğunu, həm də Kral Kubokunu qazanmışdı. Cari mövsüm isə komanda üç qələbə və bir məğlubiyyətlə start götürüb.







Offside

Rusiyalı tennisçi finalda
  • Offside
  • 21:58 06.12.2025
Rusiyalı tennisçi finalda