5 dekabr 2025. Cümə

48 idmançı UEFA-dan İsrailin turnirlərdən kənarlaşdırılmasını tələb etdi


  • Offside
  • 20:09 28.09.2025
  • Oxunma sayı: 211
48 idmançı UEFA-dan İsrailin turnirlərdən kənarlaşdırılmasını tələb etdi

UEFA-ya müraciət edən 48 idmançı İsrail futbol klublarının və milli komandasının beynəlxalq turnirlərdən uzaqlaşdırılmasını tələb edib.

90deqiqe.Az-ın "BBC"yə istinadən məlumatına görə, müraciətdə idmançılar İsrailin bütün yarışlardan “dərhal kənarlaşdırılması” çağırışı ilə çıxış ediblər. Onlar bu tələbi Qəzzadakı hərbi əməliyyatlarla əlaqələndiriblər.

Sənədi imzalayanlar arasında “Monako”nun yarımmüdafiəçisi Pol Poqba, “Kristal Pelas”ın futbolçusu Şeyk Dukure, hazırda Qətərin “Əl-Duhail” klubunda çıxış edən Hakim Ziyeş, Misir millisinin üzvü Semi Morsi, həmçinin İngiltərənin sabiq kriketçisi Moin Əli də var.

Bundan başqa, Türkiyə, İspaniya, Albaniya, Norveç və Ermənistan futbol assosiasiyaları da İsrailin turnirlərdən kənarlaşdırılmasını dəstəkləyir.







Offside