- Offside
- 21:32 05.12.2025
Qəbələ Olimpiya Kompleksində III MDB Oyunlarının stolüstü tennis yarışlarına yekun vurulub.
90deqiqe.Az xəbər verir ki, medal sıralamasında Rusiya komandası 10 mükafat (9 qızıl, 1 gümüş) ilə birinci olub. Azərbaycan yığması 6 gümüş və 3 bürünc medal qazanaraq ikinci yeri tutub. Belarus isə 1 gümüş və 6 bürünc medalla üçüncü sırada qərarlaşıb.
Özbəkistan 1 gümüş və 6 bürünc, Qazaxıstan isə 3 bürünc medalla müvafiq olaraq dördüncü və beşinci yerləri bölüşüb.