5 dekabr 2025. Cümə

"MDB Oyunları ölkələr arasında əməkdaşlığa mühüm töhfə verir"


  • Offside
  • 16:37 29.09.2025
  • Oxunma sayı: 82
"MDB Oyunları ölkələr arasında əməkdaşlığa mühüm töhfə verir"

Azərbaycanda keçirilən III MDB Oyunları dostluq və idman ruhunun güclənməsinə, həmçinin Birlik ölkələri arasında idman sənayesi və mədəniyyətin inkişafına töhfə verəcək.

90deqiqe.Az xəbər verir ki, bunu Azərbaycan Baş naziri Əli Əsədov Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.

Baş nazir qeyd edib ki, MDB çərçivəsində müxtəlif idman tədbirlərinin təşkili qarşılıqlı əməkdaşlığın mühüm istiqamətlərindən birinə çevrilib. Onun sözlərinə görə, ötən gün Azərbaycanın Gəncə şəhərində III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib və mərasimdə Prezident İlham Əliyev iştirak edib. İlk dəfə olaraq 23 idman növündə 1 600-dən çox idmançını bir araya gətirən bu mötəbər turnir ölkənin 7 şəhərində təşkil olunur.

Ə. Əsədov həmçinin vurğulayıb ki, humanitar sahə də MDB məkanında əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Onun sözlərinə görə, 2026-cı ilin “Sağlamlığın Qorunması İli” elan olunması və bu çərçivədə Tədbirlər Planının hazırlanması nəzərdə tutulur. Burada tibbi kadrların ixtisasının artırılması, səhiyyə sisteminə innovativ metodların və müasir informasiya texnologiyalarının tətbiqi prioritet kimi dəyərləndirilir.







Offside