6 dekabr 2025. Şənbə

Avropa çempionatında iştirak edəcək şahmatçılar üçün ustad dərsi keçirilib


  • Offside
  • 10:35 01.10.2025
  • Oxunma sayı: 139
Avropa çempionatında iştirak edəcək şahmatçılar üçün ustad dərsi keçirilib

Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə növbəti dəfə ustad dərsi keçirilib.

Şahmat Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, bu dəfə 14,16 və 18 yaşlılar arasında dünya çempionatında iştirak edəcək şahmatçılar üçqat Avropa çempionu, milli komandanın üzvü Rauf Məmmədovla görüşüb.

Mötəbər yarışlara hazırlıq barədə danışan R.Məmmədov müxtəlif partiyaları təhlil edərək sonda şahmatçıların suallarına cavab verib.

Qeyd edək ki, kişi şahmatçılardan ibarət Azərbaycan yığması Gürcüstanda keçiriləcək komandalar arasında Avropa çempionatında iştirak edəcək. Rauf Məmmədov Azərbaycan millisinin heyətində yer alıb.







Offside

Rusiyalı tennisçi finalda
  • Offside
  • 21:58 06.12.2025
Rusiyalı tennisçi finalda