5 dekabr 2025. Cümə

Batut gimnastikası üzrə yarışda ölkəmizi 3 qadın gimnast təmsil edir


  • Offside
  • 14:28 01.10.2025
  • Oxunma sayı: 153
Batut gimnastikası üzrə yarışda ölkəmizi 3 qadın gimnast təmsil edir

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının proqramına uyğun olaraq, oktyabrın 1-də Şəki şəhərində batut gimnastikası üzrə yarışlara start verilib.

90deqiqe.Az-ın məlumatına görə, Şəki Olimpiya İdman Kompleksində keçirilən turnirdə Azərbaycanla yanaşı Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Türkiyə və Özbəkistandan ümumilikdə 45 idmançı iştirak edir.

Qadın gimnastlar arasında fərdi proqramda təsnifat mərhələsi artıq yekunlaşıb. 22 idmançının qatıldığı bu mərhələdə Azərbaycanı Selcan Mahsudova, Şəfiqə Hümbətova və Vəfa Əlisultanova təmsil ediblər.







Offside