5 dekabr 2025. Cümə

Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək


  • Offside
  • 17:25 01.10.2025
  • Oxunma sayı: 118
Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək

Bu gün Azərbaycanın idman tarixinə düşəcək yeni beynəlxalq yarış — “IRONMAN 70.3 BAKU” triatlonunun təqdimat mərasimi baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, mətbuat konfransında gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə, həmçinin “IRONMAN” Qrupunun EMEA üzrə rəhbərləri — vitse-prezident və baş direktor Tomas Veje Olsen, nümayəndə Alberto Qarriga, regional direktor Henrik Brovell və MDB üzrə eksklüziv “IRONMAN” lisenziya sahibi Nurlan Abduov iştirak ediblər.

Bildirilib ki, yarış 2026-cı il sentyabrın 5–6-da Bakıda keçiriləcək. Proqram çərçivəsində “IRONMAN 70.3” triatlonu, “Fun Run” 5 kilometrlik qaçışı və “IRONKIDS” uşaq yarışı təşkil olunacaq.

Triatlon mərhələləri aşağıdakı kimi olacaq:

  • Üzgüçülük — 1,9 km (Xəzər dənizində tək dövrə)

  • Velosiped — 90 km (2 dövrə)

  • Qaçış — 21,1 km yarımmarafon (3 dövrə)

Bundan başqa, 2026-cı il sentyabrın 4–6-da Bakı sakinləri və qonaqları üçün əyləncə proqramı, eləcə də “IRONMAN EXPO” zonası fəaliyyət göstərəcək. Burada iştirakçılar və ziyarətçilər rəsmi IRONMAN məhsulları və müxtəlif idman ləvazimatları əldə edə biləcəklər.







Offside