5 dekabr 2025. Cümə

Azərbaycan gimnastları III MDB Oyunlarında batut yarışlarının finalına yüksəliblər


  • Offside
  • 19:14 01.10.2025
  • Oxunma sayı: 84
Azərbaycan gimnastları III MDB Oyunlarında batut yarışlarının finalına yüksəliblər

Şəki Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində keçirilən batut gimnastikası üzrə yarışların təsnifat mərhələsi başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, fərdi proqramda Azərbaycanı qadınlardan Selcan Mahsudova, Şəfiqə Hümbətova və Vəfa Əlisultanova, kişilərdən isə Mehdi Əliyev, Nicat Mirzəyev, Hüseyn Abbasov və Maqsud Mahsudov təmsil ediblər.

Nəticələrə əsasən, 4 idmançımız final mərhələsinə yüksəlib. Qadınlar arasında Selcan Mahsudova, kişilər arasında isə Nicat Mirzəyev, Hüseyn Abbasov və Maqsud Mahsudov finalda mübarizə aparacaqlar. Bundan əlavə, Azərbaycanın qadınlardan ibarət komandası da həlledici mərhələyə vəsiqə qazanıb.







Offside