- Offside
- 21:32 05.12.2025
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında üzgüçülük yarışları uğurla davam edir.
90deqiqe.Az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən yarışların beşinci günündə təmsilçimiz Süleyman İsmayılzadə 400 metr məsafəyə sərbəst üsulla üzmədə qızıl medala sahib olub.
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının qatıldığı III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.