14 dekabr 2025. Bazar günü

III MDB Oyunları: Azərbaycanın badminton millisi 3-cü yeri tutub


  • Offside
  • 11:11 02.10.2025
  • Oxunma sayı: 129
III MDB Oyunları: Azərbaycanın badminton millisi 3-cü yeri tutub

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında badminton üzrə qarışıq komanda yarışları başa çatıb.

90deqiqe.Az xəbər verir ki, final qarşılaşmasında Özbəkistan və Rusiya yığmaları üz-üzə gəlib. Matç Rusiyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb və komanda qızıl medala sahib olub.

Xatırladaq ki, yarımfinalda məğlub olan Azərbaycan millisi turniri bürünc medalla tamamlayıb. Badminton yarışlarına oktyabrın 5-də yekun vurulacaq.







Offside