5 dekabr 2025. Cümə

Azərbaycan üzgüçüləri III MDB Oyunlarında medal qazandı


  • Offside
  • 11:22 02.10.2025
  • Oxunma sayı: 135
Azərbaycan üzgüçüləri III MDB Oyunlarında medal qazandı

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında üzgüçülük yarışları davam edir.

90deqiqe.Az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən yarışların beşinci günündə idmançılarımız uğurlu nəticələr əldə ediblər.

Anastasiya Qnussina 1500 metr məsafəyə sərbəst üsulla üzmədə bürünc medal qazanıb. Təmsilçimiz Süleyman İsmayılzadə isə 400 metr məsafəyə sərbəst üsulla üzmədə bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.







Offside