- Offside
- 21:32 05.12.2025
III MDB Oyunlarının proqramına uyğun olaraq, bu gün Yevlax Olimpiya İdman Kompleksində qız boksçular arasında yarımfinal görüşləri keçiriləcək.
90deqiqe.Az xəbər verir ki, Azərbaycan millisinin heyətində 10 idmançı finala yüksəlmək uğrunda rinqə çıxacaq. Komandamızın tərkibində Aylin Nəzərova və Aysel Fərəcova (hər ikisi 46 kq), Gülər Hüseynova (48 kq), Əminə Tağı (50 kq), Zəhra Məmmədova (52 kq), Cəmilə Muradlı (54 kq), Mirrüqəyya Azərpur (57 kq), Aynur İsmayılova (60 kq), Fidan Bakarova (63 kq) və Səma Abbasova (66 kq) mübarizə aparacaq.
Yarımfinal mərhələsindəki nəticələr həm Azərbaycan millisinin medal sıralamasına təsir göstərəcək, həm də idmançılarımızın fərdi nailiyyətləri baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, 13 ölkədən 1624 idmançının qatıldığı III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.