5 dekabr 2025. Cümə

Azərbaycan üzgüçüləri III MDB Oyunlarını 13 medalla başa vurdu


  • Offside
  • 11:42 02.10.2025
  • Oxunma sayı: 109
Azərbaycan üzgüçüləri III MDB Oyunlarını 13 medalla başa vurdu

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında üzgüçülük yarışları yekunlaşıb.

90deqiqe.Az xəbər verir ki,Gəncə İdman Sarayında keçirilən sonuncu – beşinci yarış günündə təmsilçilərimizdən Süleyman İsmayılzadə 400 metr məsafəyə sərbəst üsulla üzmədə qızıl, Anastasiya Qnussina isə 1500 metr məsafəyə sərbəst üsulla üzmədə bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan üzgüçülük komandası turniri ümumilikdə 13 medalla tamamlayıb.

Qeyd edək ki, 13 ölkədən 1624 idmançının qatıldığı III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.







Offside