- Offside
- 17:36 06.12.2025
III MDB Oyunları çərçivəsində bu gün Yevlax Olimpiya İdman Kompleksində qız boksçular arasında yarımfinal qarşılaşmaları keçirilib.
90deqiqe.Az xəbər verir ki, Azərbaycan millisinin 10 üzvü finala vəsiqə uğrunda mübarizə aparıb. Onlardan 6-sı həlledici görüşə yüksəlib, 4-ü isə bürünc medalla kifayətlənib.
Yarımfinalda Aysel Fərəcova (46 kq), Əminə Tağı (50 kq), Cəmilə Muradlı (54 kq), Aynur İsmayılova (60 kq), Gülər Hüseynova (48 kq) və Fidan Bakarova (63 kq) rəqiblərinə qalib gələrək finala vəsiqə qazanıblar. Aylin Nəzərova (46 kq), Zəhra Məmmədova (52 kq), Mirrüqəyya Azərpur (57 kq) və Səma Abbasova (66 kq) isə bürünc medalın sahibi olublar.
Qeyd edək ki, qız boksçular arasında final qarşılaşmaları oktyabrın 4-də keçiriləcək.