- Offside
- 17:36 06.12.2025
Azərbaycanın kişilərdən ibarət batut gimnastikası komandası III MDB Oyunlarında uğurlu çıxışla yadda qalıb.
90deqiqe.Az xəbər verir ki, yığmamız ümumilikdə 170.460 xal toplayaraq yarışları ikinci yerdə başa vurub və gümüş medala sahib olub.
Belarus komandası 187.560 xalla qızıl medal qazanıb, Rusiya isə 169.780 xalla bürünc mükafatla kifayətlənib.
Qeyd edək ki, batut gimnastikası üzrə yarışlara oktyabrın 3-də yekun vurulacaq.