- Offside
- 17:36 06.12.2025
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında voleybol üzrə növbəti qarşılaşma keçirilib.
90deqiqe.Az xəbər verir ki, Gəncədə oğlanlardan ibarət Azərbaycan millisi Özbəkistan yığması ilə üz-üzə gəlib. Matçdan əvvəl hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Görüş Özbəkistanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.