- Offside
- 00:27 09.11.2025
Oktyabrın 1-dən 4-dək Qazaxıstanın Almatı şəhərində fiqurlu konkisürmə üzrə altıncı beynəlxalq “Denis Ten Memorial Challenge” turniri keçirilir.
90deqiqe.Az Qazaxıstanın Turizm və İdman Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, builki yarışda Qazaxıstanla yanaşı Azərbaycan, Kanada, Çin, Finlandiya, Gürcüstan, İtaliya, Cənubi Koreya, İsveç, ABŞ, Estoniya, İspaniya və Almaniyadan idmançılar mübarizə aparırlar.
Turnir Qazaxıstan Fiqurlu Konkisürmə İttifaqı və Denis Ten Fondunun təşkilatçılığı ilə reallaşdırılır. Yarış, 2014-cü il Qış Olimpiya Oyunlarında bürünc medal qazanmış qazaxıstanlı fiqurlu konkisürən Denis Tenin xatirəsinə həsr olunub.
Qeyd edək ki, “Denis Ten Memorial Challenge” ilk dəfə 2019-cu ildə keçirilib və 2021-ci ildən etibarən Beynəlxalq İdman Federasiyasının “Challenger” seriyasına daxil edilib.